Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Zəfər adı xalqımıza çox yaraşır

0

  • Aprelin 22-də qürurla, iftixarla alın açıqlığımızın üz ağlığımızın rəmzi olan, hər qarışı igidlərinin qanı ilə suvarılan, bizim üçün müqəddəs and yerinə çevrilən Şuşamızda uzun illərdən sonra Zəfər Qurultayını qeyd etdik. Bu həmin Şuşadır ki, illərdir ki, vətəndaşları torpaqlarına həsrət qalmışdılar. Şuşalı olub, amma Şuşanı görməyən, Qarabağlı olub, Qarabağ şikəstəsini Qarabağda dinləməyən, Cıdır düzündə doyunca gəzməyən, onu ancaq kitablarda oxuyan, bəlkə də bu hisslərdən bezən 44 günlük Vətən müharibəsində birlik nümayiş etdirdiyi ölkəmizin vətəndaşlarının, Dünya Azərbaycanlılarının Qurultay Günü. Ali Baş Komandanımız İlham Əliyev Qurultayda geniş nitq söylədi. Ölkə başçısı nitqində qeyd etdi ki, bu gün azad Qarabağda, Azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu Qurultayın adı Zəfər Qurultayıdır və bu təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, Dünya Azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Biz bu gün bu qurultaya zəfər yolu ilə gəlmişik, məhz buna görə də qurultayın adı Zəfər Qurultayıdır. Hazırda ölkəmizin müxtəlif yerlərində, ilk növbədə, azad edilmiş ərazilərdə zəfər muzeyləri inşa edilir. Bu gün Şuşaya gələn hər bir insan, hər bir azərbaycanlı görür ki, Şuşa Azərbaycan şəhəridir. Əgər belə olmasaydı, Şuşa belə ağır vəziyyətdə olmazdı. Biz bir vətəndaş olaraq ölkə başçımıza, onun apardığı siyasətə güvənərək əminliklə deyə bilərik ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Lalə Əhmədova,Şəhid bacısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib42 dəfə
    Zəfər adı xalqımıza çox yaraşır

    Maraqlı gələ bilər
    79